Azərbaycanda uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı

Azərbaycanda uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı
29 Noy 2016 11:50

Azərbaycanda tibbi müayinədən keçən uşaqlar arasında ən çox tənəffüs sistemi xəstəlikləri və qurd invaziyaları (helmintoz) aşkarlanır.

REALPRESS-in məlumatına görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu xəstəliklər əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir:

"Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olurlar. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəlikləri daha kiçikyaşlı uşaqlarda çox tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur".

Hazırda Azərbaycanda 2 588 959 uşağın olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilirlər.

N.Quliyev deyib ki, bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.