Azərbaycanla Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq

Azərbaycanla Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq
29 Noy 2016 15:58

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

Çexiya Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospişil və Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın məsul katibi Olqa Kalinova və səfir Vitezslav Pivonkadan ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çexiya Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na dair müzakirələr aparılıb. Bildirilib ki, sənəd imzalanmaq üçün hazırdır və Anlaşma Memorandumunun Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın 17-19 yanvar 2017-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır.

M.Pospişil ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının diversifikasiyasında strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.

N.Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.


5 İyun 2020
İqtisadiyyat

Neft yenə bahalaşdı

Dünya bazarında neftin qiyməti artıb.

4 İyun 2020
İqtisadiyyat

Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri

Deyək ki, 2050-ci ildə Azərbaycanın necə olacağını düşünmüsünüzmü? Təsadüfən bu tarixi seçmədik, çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən və Aİ-nin texniki yardımı ilə Nazirlər Kabinetində ölkəmizin 2050-ci ilə qədər İnkişaf Strategiyası üzərində iş aparılır.

4 İyun 2020
İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

3 İyun 2020
İqtisadiyyat

İyunun 4-də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

3 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti 40 dolları keçdi

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.