Fevralın 17-dən 19-dək Hindistanın paytaxtı Dehlidə foniatrların konqresi keçirilib. Dünyanın 50-dən çox ölkəsinin gələn alim və həkimlərin iştirakı ilə keçirələn tədbirdə Azərbaycan nümayəndəsi ilk dəfə iştirak edib.
AZƏRTAC xəbər verir ki, elmi tədbirdə ölkəmizi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Qulaq-burun-boğaz xəstəlikləri kafedrasının asistenti, Azərbaycan Prezidenti yanında Elmin İnkişafl Fondunun qrant dəstəyi ilə yaradılmış foniatriya kabinetinin rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Ramil Həşimli təmsil edib. O, konqresdə foniatrlar və səs xəstəliklərinin araşdırılması üzrə ixtisaslaşmış kadrlar üçün məlumat bazası və Azərbaycan muğam ifaçıları arasında yayılmış səs problemlərinə dair elmi məruzərlə çıxış edib.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.