Azərbaycanlı və israilli musiqiçilər bir səhnədə çıxış edəcək.
İsrailin Azərbaycandakı səfirliyindən REALPRESS-ə verilən məlumata görə, bu, Bakıda keçiriləcək "Sound Wave" konsertində baş tutacaq.
Konsertdə İsraildən Şem Tova Levi, Qadi Ben Eliş və azərbaycanlı muğam ifaçıları Hüseyn Məlikov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Soltan Əliyev çıxış edəcəklər.
Konsert dekabrın 3-ü Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.