Bakıda intihara cəhd olub.
Realpress.Az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb.
Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
H.Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.