Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti seçilib.
REALPRESS-in məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.
ICF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.
Qeyd edək ki, X.Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner ICF-yə 2008-ci ildən rəhbərlik edir. X.Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.
Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.
Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası İtaliyanın Lonato şəhərində keçirilən Dünya Kubokundan sonra ov tüfəngi üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.