Bakıda kütləvi dava zamanı polis mayoru bıçaqlanıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı polis mayoru bıçaqlanıb – YENİLƏNİB
23 Noy 2016 13:22

Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.

REALPRESS.Az xəbər verir ki, Report agentliyinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.

Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı Ə.Məhərrəmov saxlanılıb. Digər şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.



21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.