REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İdarəyə 3 nəfərdən ibarət cinayətkar dəstənin qeyri-qanuni yolla ölkəmizə külli miqdarda saxta xarici valyuta olan avro keçirmələri, o cümlədən həmin əsginasların satış ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dəstənin üzvləri - Ukrayna vətəndaşı Valentina Bilik, Gürcüstan vətəndaşı Taleh Nayibov və Abşeron rayon sakini Kamandar Əmirov Bakı şəhərində ayrı-ayrı şəxslərə saxta 500 avroluq əsginaslar satan zaman saxlanılıblar.
Onların üzərinə baxış keçirilən zaman əlavə olaraq 9500 avro məbləğində saxta pul aşkar olunaraq götürülüb.
Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta avrolar həqiqi əsginaslardan heç də çox fərqlənmir və onların müdafiə nişanları xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə satıb həqiqi valyutaya çevirəndən sonra ölkə ərazisini tərk etmək niyyətində olublar.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.