Hindistanın “City Union” bankı “Lakşmi” adlı robotu işə götürüb.
RealPress.Az AZƏRTAC-a istinadla xəbər verir ki, xüsusi hazırlıq keçən robot müştərilərin 125 müxtəlif mövzuda suallarını cavablandırmağı bacarır. Süni intellektli robot bankın filialında tətbiq olunub. Bir sıra fiziki jestlərə malik olan “Lakşmi” müştərilərin sorğularına ingilis dilində cavab verir.
Robot həmçinin fərdi xidmətlərin göstərilməsi üçün back-end sisteminə qoşulacaq. Bank gələcəkdə daha 30 filialında bu cür robotları yerləşdirməyi planlaşdırır.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.