Bir neçə gündür ki, Facebook-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla layk alıb və paylaşılıb.
Realpress.Az Technote.az-a istinadən xəbər verir ki, amma çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb.
Gün ərzində LiveUSA, INTERESTINATE və UNILAD kimi məşhur “Facebook” səhifələrində milyonlarla layk və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb.
Daha sonra NASA-nın rəsmi saytında və FB səhifəsində heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib.
ABŞ-ın böyük xəbər portalı “Mashable” NASA ilə əlaqəyə keçib və onlara bu gün BKS-dən heç bir canlı yayımın baş tutmadığı bildirilib.
Sonrakı saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.
FB-da paylaşılan canlı yayım:
Əsl video (2013)
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.