REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfər İİV-ə yeni yoluxub.
Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu il İİV-ə yeni yoluxanların faktı 450-i (97 %) Azərbaycan vətəndaşı, 14 nəfəri (3 %) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Ümumilikdə hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub.
İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə64 nəfərdə baş vermişdir. 7,3%-də yoluxma yolu müəyyən edilməmişdir.
N.Zülfüqarov deyib ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub.
N.Zülfüqarov bildirib ki, 01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir.
N.Zülfüqarov deyib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.