Cahangir Əsgərov küveytli həmkarı ilə saziş imzaladı – FOTO

Cahangir Əsgərov küveytli həmkarı ilə saziş imzaladı – FOTO
16 Noy 2016 17:19

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovvə Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb.

Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.

Qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırılıb ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Mülki aviasiya ölkələri arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və  Azərbaycanla Küveyt arasında sərnişindaşımaları bazarının tələbatını ödəməyə hazırdır.

Xüsusilə, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları” və yükdaşıyıcısı “Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Qeyd edək ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.