REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
İsraildə müsəlmanları ibadətə çağırışın - azanın məhdudlaşdırılması təhlükəli addımdır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib: "Bizə gərginliyin artmasına deyil, problemin nizamlanmasına töhfə verən addımlar lazımdır. İsraildə son zamanlar müzakirə olunan azan məsələsini son dərəcə təhlükəli hesab edirəm. Bu addım nəinki fələstinlilər, eləcə də bütün müsəlmanlar üçün təhqiredicidir, heç kimə xeyir verməyəcək. Biz İsrailə rəsmi şəkildə narahatlığımızı bildirdik".
Dövlət başçısı əlavə edib ki, daimi sülh üçün bir yol var - paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq.
Qeyd edək ki, İsrail parlamenti Baş nazir Benyamin Netanyahunun təşəbbüsü ilə Şərqi Qüdsdə və İsraildəki ərəb icmalarında azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinə baxılır.
Niderlandda Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi koalisiya hökuməti istefa verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı Türkiyə - ABŞ münasibətlərindəki gözləntiləri ilə bağlı sualı cavablandırarkən belə deyib:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan peyvənd vurdurduqdan bir gün sonra özünü yaxşı hiss etdiyini bildirib.