Gürcüstan qonşu ölkələrlə ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə davam edəcək. REALPRESS-in "Qruziya Online"a istinadən verdiyi xəbərə görə, bu barəd Gürcüstan parlamentində deputatlar qarşısında çıxış zamanı Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Kvirikaşvili deyib.
"Bizim Azərbaycanla münasibətlərimiz çox mühüm strateji xarakter daşıyır, Türkiyə ilə strateji əlaqələrimiz, Ermənistanla isə ənənəvi mehriban qonşuluq münasibətlərimiz var”, - deyə Giorgi Kvirikaşvili bildirib.
Onun sözlərinə görə, NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin əsas prioritetidir.
Almaniyada koronavirusdan son 24 saatda daha 859 nəfər ölüb.
Kipr martın 1-dən sərhədlərini və hava yolunu bütün xarici dövlətlərdən gələn turistlərə açır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.