Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın daha iki kanalı – “Palitra” TV və “Trialeti” TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.
“Azərkosmos” ASC-dən Realpress.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır.
Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur. Peyk operatoru, həmçinin Türkiyənin “Damar” FM radio kanalı ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı “Azerspace-1” peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.
“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.