İnsan bədəninin hərarəti ilə enerji toplayan superkondensator icad olunub

İnsan bədəninin hərarəti ilə enerji toplayan superkondensator icad olunub
23 Noy 2016 16:55


Müasir daşınan elektronika bir çox müsbət xüsusiyyətlərə malik olsa da, amma bəzi nüsxələr (məsələn, “ağıllı” saatlar) mühüm çatışmazlığa malikdir: akkumulyatorun şarjı tez bitir. Texas A&M Universitetinin alimləri tərəfindən yaradılmış yeni superkondensator tipi həm şəbəkə, həm də insan bədəninin hərarəti ilə enerji toplamaq qabiliyyətinə malikdir.

REALPRESS “hi-news.ru” saytına istinadən yazır ki, alimlər qrupuna doktor Çuonq Yu rəhbərlik edir. Kondensator “Thermally Chargeable Solid-state Supercapacito” adlandırılıb. Belə tip qurğu daşınan elektronikada standart batareyaları tamamilə əvəz edə bilər.

Yeni qurğunun qalınlığı təxminən 3-4 mm-dir və elastikdir. Termodiffuziya xüsusiyyəti əsas iş prinsipidir. Termodiffuziya hesabına temperaturun təsiri ilə ionlar daha isti tərəfdən daha soyuq tərəfə yerini dəyişdirir və bu hadisə nəticəsində yaranan elektrokimyəvi potensial superkondensatorun şarjını təmin edir.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.