İnstitut direktoru: Ermənilər 300-dən çox məscidi yerlə yeksan ediblər

İnstitut direktoru: Ermənilər 300-dən çox məscidi yerlə yeksan ediblər
24 Noy 2016 17:54

Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanları yerlə yeksan ediblər.

REALPRESS-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Tarixçi alim əlavə edib ki, vandallar ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər.

Onun sözlərinə görə, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Xan sarayının 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirildiyini deyən direktor qeyd edib ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bir dənə də olsun tarixi abidə göstərə bilmirlər.

Y.Mahmudov qeyd edib ki, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb:

"Ermənilər hər cür saxtakarlıqla regionun, Azərbaycanın tarixini öz əraziləri kimi təqdim etmək istəyirlər. Əslində isə 1918-ci il mayın 29-da İrəvan şəhərini və ətrafındakı 9 min kvadrat kilometr yeri onlara biz vermişik, ona kimi burada erməni dövləti olmayıb. Amma onlar özlərini ən qədim aborigen əhali, bizləri isə köçüb gələn kimi təqdim ediblər".

Y.Mahmudovun sözlərinə görə, müstəqillik dövründə Azərbaycan tarixi yenidən yazılır:

"Bizim tariximiz amansızcasına təhrif olunub. Xüsusilə, erməni saxtakarlar tariximizi başqa formada təqdim ediblər. Buna görə də tariximizi yenidən, olduğu kimi yazırıq. Bunları yazdıqca zərərli konsepsiyaları uyduranlar çox narahat olmağa başlayır, ölkəmizə qarşı hücumlar getdikcə kəskinləşir. Çünki biz tariximizi bərpa edirik".


12 İyul 2020
Hərbi

Ermənilər 43 dəfə atəşkəsi pozdular

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub.

12 İyul 2020
Hərbi

ANAMA Qazaxda xüsusi əməliyyat keçirdi - FOTO

2020-ci il 11 İyul tarixində saat 19:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax şəhəri, Azadlıq küçəsi 69 ünvanında qazıntı işləri aparılarkən bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

11 İyul 2020
Hərbi

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

11 İyul 2020
Hərbi

Azərbaycan ordusunda koronavirusa yoluxma varmı? - AÇIQLAMA

Bu gün Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

10 İyul 2020
Hərbi

Əlahiddə Ümumqoşun Orduda keçirilən taktiki təlimlər davam edir - VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.