İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir. REALPRESS bu barədə İranın "Tasnim" agnetliyinə istnadən məlumat verir.
Həmçinin onun sözlərinə görə, İran Rusiya təyyarələrinə Həmədanda yerləşən "Noje" avibazasından istifadə etmək imkanı verməyə hazırdır, lakin bəzi şərtlər yerinə yetirilməklə.
Qeyd edək ki, avqustun ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən adıçəkilən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi.
Bundan sonra İranın müdafiə naziri belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.