İsmayıllı Olimpiya-İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan mini futbol üzrə rayon birinciliyi keçirilib.
Realpress.az xəbər verir ki, rayon birinciliyində 10 futbol komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Tikinti-27” komandası I yerin sahibi olub. Sonrakı yerləri isə müvafiq olaraq “Babadağ-2” və “Kompleks” komandaları tutublar.
Qalib gələn hər üç komanda rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıb.
Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub.
Azərbaycan Premyer Liqasının XIV turuna start verilib.
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.