İtaliyanın “L’opinione” qəzetində “Bakutel” haqqında məqalə dərc olunub

İtaliyanın “L’opinione” qəzetində “Bakutel” haqqında məqalə dərc olunub
30 Noy 2016 09:36

 REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” (“Il mondo dell’hi-tech si incontra a Baku”) adlı məqalə dərc olunub.

Məqalə “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransına həsr edilmişdir. Bu tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən iri miqyaslı sərgisi adlandırır. D.Letisiya tədbirin telekommunikasiya sahəsində aparıcı şirkətlərin öz məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaratmaqla yanaşı, yeni fikir və təcrübə bölüşməsi üçün bir platforma olduğunu bildirir. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla bir sıra Avropa dövlətlərindən ümumilikdə 200-dən çox şirkətin qatıldığını qeyd edir.

Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə danışılır.

Habelə İtaliya-Azərbaycan ticarət palatasının rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən italyan şirkət və təşkilatlarının bu tədbirdə iştirak etməyə təşviq etmişdir. “Bakutel”-in aidiyyəti sahədə çalışan yerli şirkətlərin öz məhsullarını xarici bazarlara çıxartmaq üçün şəraitin yaratdığı da qeyd edilir.

Jurnalistin fikrinə əsasən "Bakutel 2016"-nın təqdim etdiyi yeni layihələr arasında, görmək qabiliyyətini itirmiş uşaqlar üçün audio kitabxana və muzey materialların rəqəmsal saxlanılması layihələri xüsusi maraq doğurur. Məqalədə, həmçinin Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyi vurğulanır.

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.opinione.it/economia/2016/11/29/letizia_economia-29-11.aspx


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.