Kitab və sənədlərin skan edilməsi üçün mobil proqram təqdim edilib

Kitab və sənədlərin skan edilməsi üçün mobil proqram təqdim edilib
24 Noy 2016 10:16

Kitab və sənədlərin mobil qurğunun kamerası vasitəsilə skan edilməsi yenilik olmasa da, bu imkanı təqdim edən əksər əlavələrdən istifadə bəzən narahatlıq yaradır və ya şəkillərin əlavə emalı tələb edilir.

REALPRESS.AZ “4PDA” resursuna istinadən yazır ki, məşhur linqvistik proqram təminatçısı “ABBYY” şirkəti çap edilən mətnin skan edilməsi üçün proqram təqdim edib. “BookScanner Pro” adlanan əlavə kitab səhifələrini skan etməyə, elektron surətlər yaratmağa, eləcə də mətnin sonradan redaktəsi və birgə istifadəsi imkanı ilə müəyyənləşdirilməsi üçün optik simvol tanıma texnologiyasından istifadəyə şərait yaradır.

Proqramda “ABBYY” şirkətinin iki (BookScan və ABBYY Mobile OCR Engine) patentləşdirilmiş texnologiyasından istifadə olunub. İki il davam edən işlərdən sonra “BookScan” texnologiyası kitab səhifələrini tanıya, foto döndərməni ayrı-ayrı səhifələrə bölə, eləcə də müxtəlif qüsurları - əyri xətləri, optik səhvləri və s. aradan qaldıra bilir. “А Mobile OCR Engine” əldə edilən rəqəmli surətlərin sonradan redaktə edilməsi və daha populyar 12 formatda saxlanılması imkanı ilə 193 dildə mətni tanıyır.  

Qiyməti 19,99 dollar təşkil edən “BookScanner Pro” əlavəsindən hazırda yalnız “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri yararlana bilərlər.

9 Okt 2020
İT

Smartfonun köməyi ilə distant şəkildə kompyuteri yandırıb-söndürməyin yolları açıqlandı

Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.

10 Sent 2020
İT

“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

3 Sent 2020
İT

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı olaraq açıq olan “bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

28 Avq 2020
İT

“Twitter”in işində nasazlıqlar yaranıb

“Twitter”in işində nasazlıqlar yaranıb. 

21 Avq 2020
İT

Sönülü telefonda yeri müəyyən etməyin yolu

Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.