Texnologiya əsrində artıq əksər işlər kompüterdə görülür və buna görə də işçilər monitor qarşısında daha çox vaxt keçirirlər.
REALPRESS.AZ-ın Axşam.az-a istinadən məlumatına görə, kompüter qarşısında uzun müddət hərəkətsiz qalmaq “karpal tünel sindromu”nu ortaya çıxarır.
Araşdırmalara əsasən, bu sindrom müalicə edilməyəndə iflicə səbəb olur və özünü əllərin sızıldaması, bəzən tutulması ilə büruzə verir.
Həkimlər məsləhət görürlər ki, iş şəraitində mümkün olduğu qədər hər saatda 1-2 dəfə ayağa qalxmaq və əl-ayaqları hərəkət etdirmək lazımdır. Bununla iflic riskini azaltmaq mümkündür.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.