“Barselona” futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pasion Futbol nəşri yazıb.
Məlumata əsasən, Çempionlar Liqasının qrup mərhələsində, “Seltik”-lə ilə matçda dubl edən Messi beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.
Onlardan 92-ni Messi Çempionlar Liqasında, 5-i klublararası dünya çempionatında, 3-ü isə Avropa Superkubokunda vurub.
Qeyd edək ki, Qlazqonun “Seltik Park” stadionunda keçirilən görüşdə “Barselona” 2:0 hesabı ilə qalib gəlib.
Rusiya "Arsenal"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Axmat" komandasına keçəcək.
Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz Azərbaycana təşəkkür edib.
"Azərbaycan hökuməti hər zaman gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmiz bu istiqamətdə öz töhfələrini verib".