Mərkəzi Asiya ölkələrinin “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulma perspektivləri müzakirə olunub

Mərkəzi Asiya ölkələrinin “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulma perspektivləri müzakirə olunub
28 Noy 2016 17:51

Energetika Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən REALPRESS-ə verilən məlumata görə, nazirin müavini Natiq Abbasovun rəhbərliyi ilə Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti arasında keçirilən görüşdə enerji əməkdaşlığının perspektivləri əsas müzakirə obyekti olub.

Aİ nümayəndəliyinin rəhbəri Malena Mard təşkilatla Azərbaycan arasında enerji müstəvisində mövcud əməkdaşlıq əlaqələrinin “Cənub Qaz Dəhlizi” layihəsi ilə daha da güclənəcəyini deyib. O, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların başlanması üçün mandatın verildiyini qeyd edərək, enerji əməkdaşlığı sahəsində bu yeni sənəddən irəli gələn məsələlərin müəyyənləşdirilməsi və müzakirəsinin vacibliyini diqqətə çatdırıb.

Aİ ilə hərtərəfli, xüsusilə də enerji əməkdaşlığına dair danışıqlar prosesinin əhəmiyyətli olacağını vurğulayan energetika nazirinin müavini N.Abbasov isə deyib ki, imzalanan hər bir sənəd ikitərəfli maraqları qorumaq şərtilə əməkdaşlıq münasibətlərinin inkişafını təmin etməlidir. N.Abbasov Avropa bazarlarına çıxışın Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən olduğunu deyərək, bu istiqamətdə həyata keçirilən “Cənub Qaz Dəhlizi”nin icrası ilə bağlı son vəziyyət barədə məlumatları, eləcə də Avropanın enerji təhlükəsizliyi aspektində görülən mühüm tədbirlərin dəyərləndirilməsini qonaqların diqqətinə çatdırıb.

Görüşdə Mərkəzi Asiya ölkələrinin “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulma perspektivləri, “Türk axını” layihəsinin CQD-nin genişləndirilməsinə mümkün təsirləri, İranla enerji əməkdaşlığı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə potensialının artırılması və enerji səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin dünya enerji bazarında neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırmaq üçün reallaşdırılan intensiv tədbirlərdən və iqtisadiyyatın şaxələndirilməsi kursundan bəhs edilib. Mühüm tədbirlərdən biri kimi Azərbaycanda texnoparkların yaradıldığı və prosesin inkişafına impuls vermək üçün 7 il müddətinə vergi güzəştlərinin tətbiq edildiyi vurğulanaraq, Avropa şirkətləri bu sahədə iştiraka dəvət edilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.