REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlaması dünyada böyük əks-səda doğura bilər.
Trend-in məlumatına görə, bunu millət vəkili Asim Mollazadə Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Döstəyi Şurasının birgə hazırladığı “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.
Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib:
“BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkar Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır".
Qısa zamanda Azərbaycan ordusunun möhtəşəm qələbə əldə etməsi heç də təsadüfi deyil. Yeni nəsil texnologiyalardan istifadə və hərbi texnikanın müasirliyi qələbənin yardımçısı oldu. Burada peyk texnologiyasının rolunu xüsusi vurğulamaq lazımdır.
İmişli rayon Göbəktala kənd sakini Vüsal Manafovun hər zaman arzusu torpaqlarımızın işğaldan azad olunduğu günü görmək və həmin azadlıq uğrunda gedən döyüşlər qatılaraq şəhadətə yüksəlmək olub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri Həsənov Pərviz Famayıl oğlu 7 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.