Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub.
REALPRESS.Az “Report”a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib.
T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb:
“Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb”.
Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
İyulun 7-də 2024-cü il futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Fransanın PSJ klubu Lionel Messi və Neymarla yollarını ayırmaq niyyətindədir.