Nazarbayev etiraz etdi: Astananın adı dəyişdirilə bilməz

Nazarbayev etiraz etdi: Astananın adı dəyişdirilə bilməz
25 Noy 2016 16:12

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması fikrinə qarşı çıxıb.

REALPRESS-in məlumatına görə, “Rossiya-24” telekanlına müsahibəsində N.Nazarbayev paytaxtın adının dəyişdirilməsində ehtiyac olmadığını deyib.

“Astana artıq bir brenddir. Burada ATƏT sammiti, Asiya Qış Oyunları keçirilib. Gələn il EKSPO-2017 sərgisi keçiriləcək. Hər kəs buranı Astana kimi tanıyır. Ona görə, şəhərin adının dəyişdirilməsində ehtiyac görmürəm.”

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan Parlamentinin deputatları Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.

Bununla bağlı qəbul olunmuş deklarasiyada qeyd olunub ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin "El Bası" (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.


1 Dek 2023
Dünya

Norveç İndoneziyaya 100 milyon dollar ayıracaq

"Norveç hökuməti tropik meşələri xilas etmək üçün İndoneziyaya 100 milyon dollar ayıracaq".

1 Dek 2023
Dünya

İsrail qəsəbəsi atəşə tutulub, 5 hərbçi yaralanıb

İsrailin Nirim qəsəbəsi yaxınlığında minaatanlardan açılan atəş nəticəsində 5 hərbçi yaralanıb.

1 Dek 2023
Dünya

İspaniyada helikopter qəzaya uğrayıb

İspaniyanın paytaxtı Madriddə helikopterin qəzaya düşməsi nəticəsində yaralananlar var.

1 Dek 2023
Dünya

Qüdsdə hücum nəticəsində ölənlərin sayı artıb

Noyabrın 30-da Qüdsdə törədilən terror aktı nəticəsində ölənlərin sayı dördə çatıb.

1 Dek 2023
Dünya

​Rusiyada yanan əşya bazarı söndürülüb - YENİLƏNİB + VİDEO

Rusiyanın Rostov şəhərində yerləşən ən böyük əşya bazarı sayılan “Temernik”də baş verən yanğın söndürülüb.