Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər

Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
18 Noy 2016 08:39

Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayı artırıla bilər.

 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi.
M.Quliyev bildirib ki, müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir: 
"Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm çox xərc tələb olunur. Müayinələrin çoxluğu ilk əvvəl insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə, C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb, bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da. 
Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub-olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq”.
M.Quliyev bildirib ki, ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talasemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-ə yaxın insanda HİV virusu tapılıb: 
"Bu çox böyük addımdır. Biz qanunu qəbul edən zaman bir qrup insanlar deyirdilər ki, cəmiyyət buna hazır deyil, bu müayinələrə getməyəcəklər, qeyri-rəsmi nikahların sayı artacaq. Son 1 ilin müşahidələri göstərir ki, bu heç də belə deyil, insanlar bunu başa düşürlər və çox həvəslə də bu müayinələrdən keçirlər. Müayinələrin büdcə hesabına həyata keçirilməsi də dövlətin bu işə çox böyük dəstəyidir”.


4 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO

İctimai Televiziya Koronaviruslu xəstələrin müalicə aldığı xüsusi rejimli xəstəxanadan reportaj hazırlayıb.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

İranda koronavirusdan rekord sayda ölüm qeydə alındı

İranda koronavirusla bağlı ölümlərin sayında rekord qeydə alınıb.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır

Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

Allahşükür Paşazadə: “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

“Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər”.

4 Apr 2020
Səhiyyə - Sağlamlıq

Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

Dünyada COVID-19 virusundan dünyasını dəyişənlərin sayı 60 mini keçib.