Bakıda 6 otaqlı ev yanıb.
REALPRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
Qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.