Amerika Birləşmiş Ştatlarında maraqlı və ibrətamiz hadisə yaşanıb. Belə ki, Çikaqo şəhərində yaşayan Kristofer Dempsi adlı kişi, iki il öncə əməliyyatla qaraciyərini bağışladığı Hezer Kruqer adlı xanımla ailə həyatı qurub. REALPRESS bu barədə Sputnik-a istinadən məlumat verir.
Evli cütlüyün eşq hekayəsi, Dempsi 2014-cü ildə dəniz piyadası işləyərkən yaşanıb. İş yoldaşı ona əmisi qızına təcili qara ciyər köçürülməli olduğunu, əks halda onun ölə biləcəyini söyləyib.
İngiltərənin özəl telekanallarından birinə müsahibə verən Dempsi, həmin hadisəni bu cür nəql edib: "İş yoldaşım o sözləri mənə deyəndə bir anda dayanıb düşündüm. Düşündüm ki, əgər o vəziyyətdə mən olsaydım və kimsə mənə yardım əli uzatsaydı, nə hiss edərdim? Dərhal qərar verdim və dostuma dedim ki, əməliyyatla qara ciyərimin yarısını o xanıma verə bilərəm".
Əməliyyatdan sonra Hezer Kruqeri şam yeməyinə dəvət etdiyini söyləyən Kristofer Dempsi, həmin axşam ona qarşı ciddi duyğular hiss etdiyini bildirib. "Və nəhayət biz bu il evlənməyə qərar verdik", deyə — keçmiş dəniz piyadası əlavə edib.
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.
Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.
Hər il 14 yanvar Köhnə Yeni İl (yəni, Julian təqviminə əsasən Yeni İl) kimi qeyd olunur. Bu, əsasən Rusiyada, bir sıra postsovet ölkələrində və bəzi pravoslav xristianlar arasında geniş yayılmışdır. Tarixi Julian və Qriqorian təqvimləri arasındakı fərqdən qaynaqlanır.