Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) anadan olmasının 175 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Realpress.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə sənətkarın həyat yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, tanınmış və gənc xanəndələrin ifasında muğamlar səsləndiriləcək.
Qeyd edək ki, Bülbülcan ilk musiqi təhsilini Qafqazın konservatoriyası adlandırılan Şuşada xarrat Qulunun məktəbində alıb. Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında məşhurluq qazanıb. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.