Amerikanın beşinci nəsil “F-35” qırıcı-bombardmançıları 2018-ci ildə Türkiyə HHQ-nin silahlanmasında olacaq.
Realpress.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
“Biz müdafiə sənayemizin gücünü artırmaq qərarına gəlmişik. 26 layihəni inkişaf etdirəcəyik. 2018-ci ildə “F-35”-lərin ilk partiyası Türkiyəyə gətiriləcək. Onların detallarının yarısından çoxu Türkiyədən istehsal olunacaq, montaj da burda ediləcək”, - Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən Yıldırım bəyan edib.
O əlavə edib ki, Türkiyə ordunu 2023-cü il üçün maksimal şəkildə yerli silahlanmaya keçirməyi məqsəd qoyub. Bu sahədə sərmayə 14 il ərzində 35 milyard dollardan ibarət olub.
“Lockheed Martin F-35 Lightning” II proqramının yaradılması təxminən 1,5 trilyon dollara başa gəlib – bu, tarixdə silah istehsalının ən bahalı proqramıdır.
Qeyd edək ki, beşinci nəsil “F-35” qırıcı-bombardmançıları ABŞ ordusunun sərəncamına bu il daxil olub. Bu təyyarələr Böyük Britaniya və İsrailin də sərəncamında yer alır.
Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.
Türkiyə Silahlı Qüvvələrinin “Qış təlimi-2023” təlimləri sərt hava şəraitində - Qarsda 17 dərəcə şaxtada keçirilir.
Ukraynada müharibə davam edir.