Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Sumı vilayətinin qubernatoru Nikolay Kloçko ilə görüşüb.
REALPRESS-in məlumatına görə, Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və tərəfdaşı adlandıran Sumı vilayətinin qubernatoru N.Kloçko ölkələrimiz arasında mövcud olan səmərəli iqtisadi və mədəni əlaqələrdən söz açıb. Vilayətin aqrosənaye komplekslərində istehsal olunan kənd təsərrüfatı məhsullarının Ukrayna ilə yanaşı, Şərqi Avropanın bir sıra ölkələrinə ixrac olunduğunu deyən qubernator bu sahədə böyük potensiala malik Azərbaycanla qarşılıqlı əməkdaşlığa xüsusi maraq göstərdiklərini vurğulayıb. O, rəhbərlik etdiyi vilayətdə böyük ət və süd məhsulları kombinatları, şəkər zavodları, bitki yağları istehsal edən zavodlar və digər aqrosənaye kompleksləri haqqında məlumat verərək, burada istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsullarının Azərbaycana, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının isə Sumı vilayətinə göndərilməsinin vacibliyini vurğulayıb.
Ötən il Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovun təşəbbüsü ilə ölkəmizdə işgüzar səfərdə olduğunu nəzərə çatdıran qubernator Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsindən qürur hissi duyduğunu bildirib. Ölkəmizdə Prezident İlham Əliyevin bir çox sahələrlə yanaşı, regionların inkişaf strategiyasına, xüsusən də kənd təsərrüfatının modernləşdirilməsinə göstərdiyi diqqəti təqdirəlayiq hal hesab etdiyini vurğulayıb.
Ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açan Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələrdən bəhs edib. Ölkəmizdə əlverişli investisiya mühitindən söz açan diplomat Sumı vilayəti ilə Azərbaycanın aqrosənaye kompleksləri arasında qarşılıqlı əlaqələrin qurulması və bu sahədə birgə istehsal müəssisələrinin yaradlmasının vacibliyini bildirib.
Görüş zamanı Sumı vilayəti ilə Azərbaycanın kənd təsərrüfatı rayonları arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, idman və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.