Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın “Provata Health” şirkəti “İOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiyayönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.
REALPRESS AZƏRTAC -a istinadən xəbər verir ki, virtual reallıq cihazını geyinən istifadəçi “iPhone” qurğusunda proqramı işə salaraq 360 dərəcəli “sakitləşdirici vizual mühit”ə yüklənir. Həmin proqramın köməyi ilə dünyanın heyranedici yerlərinə səyahət etmək olar.
“Provata Health” şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, rəhbərlik etdiyi şirkətin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.
Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. “Provata VR” cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.
Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.
Rusiyanın Maqadan vilayətindəki aşırımda qar uçqunu altında qalan iki turist Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.
Qırğızıstanın Özbəkistanla həmsərhəd olan cənub Cəlalabad vilayətində episentrdə daha bir zəlzələ baş verib.
Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.
Misir və ABŞ-dən olan beynəlxalq arxeoloqlar qrupu Nilin qərb sahilində yerləşən qədim Abidos şəhərində heyrətamiz bir kəşf edib. Alimlər yerin yeddi metrdən çox dərinliyində naməlum firona məxsus məzar aşkarlayıblar.