XİN: Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbi tədqiqatçılar barəsində hüquqi tədbirlər görülə bilər

XİN: Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbi tədqiqatçılar barəsində hüquqi tədbirlər görülə bilər
28 Noy 2016 16:26

Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olan bir qrup əcnəbi tədqiqatçı barəsində zəruri hüquqi tədbirlər görülə bilər.

Bunu REALPRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan KİV-də bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə yaylıan məlumatlara münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur:

"Bu şəxslər Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər".

XİN rəsmisi bildirib ki, onların bu kimi hüquqazidd əməlləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır:

"Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, YUNESKO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəlik qoyur".

Onun sözlərinə görə, təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər:

"Azıx mağarasında aparılan qanunsuz tədqiqatların “rəhbərlər”indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır. Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir “erməni genetikasi” ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin “erməni genetik kodlarına” bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin “ari irqi” kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər".

H.Hacıyev əlavə edib ki, L.Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işləri barədə Springer nəşriyyatı 2016-cı ildə “Azokh Caves and the Transcaucasian Corridor”(“Azox mağarası və Transqafqaz dəhlizi”) adlı kitab dərc edib:

"Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhz edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir. Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus adları hələ bir müddət bundan əvvəl “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilib. Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir".


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.