Zakir Həsənov yazıçılarla görüşüb

Zakir Həsənov yazıçılarla görüşüb
27 Okt 2016 16:09

Bir qrup yazıçı müdafiə naziri Zakir Həsənovla görüşüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən Realpress.Az-a verilən məlumata görə, görüşdə birliyin sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə, Xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib.

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb.


31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.

30 Yan 2023
Hərbi

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə - FOTO

Türkiyə Silahlı Qüvvələrinin “Qış təlimi-2023” təlimləri sərt hava şəraitində - Qarsda 17 dərəcə şaxtada keçirilir.

23 Fev 2022
Hərbi

Azərbaycan ordusuna komandoların qəbulu elan edilib

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.