Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib - YENİLƏNİB + FOTO

Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib - YENİLƏNİB + FOTO
10 Sent 2021 14:19


Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.

görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət və investisiya əməkdaşlığına, iş adamları arasında əlaqələrə xüsusi önəm verilir.

TDƏŞ-in Baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsində, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

11:22

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcək. 

Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası iqtisadiyyat nazirlərinin 10-cu iclası ilə bağlı “Facebook” hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, Türk Şurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik:

“Ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”.

10:00

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.

realpress.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir:

“Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik”.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.