İlham Əliyev: “İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır”

İlham Əliyev: “İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır”
13 Okt 2021 13:43


“Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “Bakı azad olunmuş ərazilərə sərmayə qoyacaqmı?” sualına cavab verən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazrda azad edilmiş ərazilərdə avtomobil və dəmir yolları inşa edir:

“Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır”.

İlham Əliyev jurnalistin “İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?” sualına da cavab verib:

“İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.

20 Okt 2021
Siyasət

Mehriban Əliyeva keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib.

20 Okt 2021
Siyasət

Prezident Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib.

20 Okt 2021
Siyasət

İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

19 Okt 2021
Siyasət

İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib. 

19 Okt 2021
Siyasət

İlham Əliyev Valeh Ələsgərovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Valeh Feyruz oğlu Ələsgərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.