Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı səs yazıları yayılır.
“WhatsApp”da yayılan səs yazısında iddia edilib ki, Bakı və Sumqayıt şəhərləri ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev realpress.az-a açıqlamasında bildirib ki, valideynlərin təşvişə düşməsinə əsas yoxdur:
“Sosial şəbəkədə yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır”.
“DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb”, - deyə E.Hacıyev əlavə edib.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.