Çingiz Hüseynzadə Mehriban Əliyevaya təşəkkür etdi

Çingiz Hüseynzadə Mehriban Əliyevaya təşəkkür etdi
25 Noy 2021 12:43


“Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya Yaş Qrupları Yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların açılış mərasimində çıxışı zamanı deyib.

“Sizi batut gimnastikası üzrə XXVIII dünya yaş qrupları yarışlarının açılış mərasimində salamlayıram. 2021-ci ildə Bakıda keçirilən sonuncu mötəbər beynəlxalq yarışa ölkəmizin paytaxtı Bakı şəhərinin ev sahibliyi etməsi bizi çox fərəhləndirir. 32 ölkədən 650 idmançının iştirakının nəzərdə tutulduğu bu yarışların yüksək səviyyədə keçirilməsi, idmançıların, onların məşqçilərinin, KİV nümayəndələrinin hər birinin dünyada koronavirus pandemiyasının davam etdiyi dövrdə bu yarışlarda təhlükəsiz və komfort şəraitdə iştirakının təşkil olunması üçün lazımi olan bütün tədbirlər görülmüşdür.

Bakının müasir və gözəl arxitektura nümunələrindən biri olan ecazkar Milli Gimnastika Arenasında keçiriləcək yarışların yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Artıq uzun illərdir ki, Bakıda gimnastika növləri üzrə müxtəlif mötəbər yarışlar keçirilir və bu gün açılışında iştirak etdiyimiz yarışlar da Azərbaycana, həmçinin, dünyanın ən yaxşı federasiyalarından biri nüfuzunu qazanmış Azərbaycan Gimnastika Federasiyasına göstərilən etimadın təzahürüdür. Bu yarışlar Azərbaycanın mötəbər beynəlxalq yarışların mahir təşkilatçısı kimi nüfuzunu artırmaqla yanaşı idmanın bu növünün ölkədə daha da populyarlaşmasına xidmət edəcəkdir.

Bakıda müxtəlif dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmanın, olimpiya hərəkatının nə dərəcədə inkişaf etdiyini əks etdirir.

Bütün bunlar Azərbaycanın dövlət başçısı, MOK-un Prezidenti İlham Əliyevin səyləri nəticəsində mümkün olub.

Azərbaycanın paytaxtı qarşıdakı üç gün ərzində batut, tamblinq və ikili mini-batut üzrə yarışlarda gənc idmançılar mübarizə aparacaqlar. Fərdi proqramda qaliblərin müəyyənləşəcəyi bu yarışlar gələcəyin batut ulduzlarını müəyyənləşdirməklə yanaşı, əminəm ki, gimnastikanın bu növünün sonrakı inkişafında yeni, daha parlaq mərhələnin başlanğıcı olacaq.

Mən bir daha hamını bu möhtəşəm idman bayramı münasibətilə təbrik edir, bütün idmançılara və milli komandalara uğurlar arzulayıram!”, – deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti deyib.

27 Noy 2021
Cəmiyyət

İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi - VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Qoçəhmədli kəndindən video yayımlayıb. 

27 Noy 2021
Cəmiyyət

Bakıda Beynəlxalq Sosial Sahibkarlıq Forumu keçirildi - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Komissiyasının “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it Up, Keep it Up” layihəsi çərçivəsində 16-19 noyabr tarixlərində Beynəlxalq Sosial Sahibkarlıq Forumu baş tutub.   

27 Noy 2021
Cəmiyyət

Xəzər dənizində zəlzələ qeydə alınıb

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

27 Noy 2021
Cəmiyyət

Xəzərdə zəlzələ oldu

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

27 Noy 2021
Cəmiyyət

Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub

26 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İdarə Heyətinin görüşü keçirilib.