İşğaldan azad edilmiş ərazilərin investisiya potensialı Koreyada təqdim olunub - FOTO

İşğaldan azad edilmiş ərazilərin investisiya potensialı Koreyada təqdim olunub - FOTO
25 Noy 2021 12:57


Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan - Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən realpress.az-a verilən məlumata əsasən, tədbir nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizin Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən KITA ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Nazir müavini Azərbaycanın milli sosial-iqtisadi prioritetləri, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirlərinə və dünya iqtisadiyyatına inteqrasiyası baxımından görülən işləri diqqətə çatdırıb, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov son illər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini, əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük zəfəri diqqətə çatdıran səfir bu tarixi hadisənin Azərbaycan üçün, bütünlükdə region üçün yeni reallıqlar, yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb.

KITA-nın icraçı vitse-prezidenti Seunq Kvan Şin Azərbaycan-Koreya arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, KITA və Azərbaycanın müvafiq qurumları ilə tərəfdaşlığın inkişafının önəmini diqqətə çatdırıb. 

İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən islahatlar, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə həmçinin, Ələt Azad İqtisadi Zonasının ticarət, nəqliyyat-logistika imkanları və Azərbaycanda reallaşdırılan investisiya layihələrinə dair təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KITA arasında investisiya və biznes əlaqələrinin genişləndirilməsi mövzusunda ikitərəfli görüş keçirilib.


27 Noy 2021
İqtisadiyyat

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri Light” markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.

23 Noy 2021
İqtisadiyyat

Azərbaycanda dollar qəbulu yenidən aktiv olacaq - AÇIQLAMA

Bankomatlar vasitəsilə dollar əsginasların qəbulu prosesinin bərpası üzrə işlər aparılır.

23 Noy 2021
İqtisadiyyat

KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Elçin Mirzəzadə ilə mentorluq proqramı çərçivəsində görüşüb.

23 Noy 2021
İqtisadiyyat

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 23 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.