“Apple” işçilərinə evdən daha yaxşı işləmək üçün 1000 dollar veri

“Apple” işçilərinə evdən daha yaxşı işləmək üçün 1000 dollar veri
17 Dek 2021 09:50


“Apple” şirkəti  korporativ işçilərinin ofislərinə qayıtma tarixini qeyri-müəyyən müddətə təxirə salıb və həmçinin onlara evdə iş şəraitinin yaxşılaşdırılmasına xərclənməsi üçün 1000 dollar verəcək.

Bu  barədə “Bloomberg”dən Mark Qurman və NBC News-dan Zoe Şiffer öz “Twitter” səhifələrində yazıblar.

Şirkətin baş direktoru Tim Kuk işçilərə elektron məktub göndərərək işə qayıtma tarixinin “hələ müəyyən edilmədiyini” bidirib. O, həmçinin “Apple”ın bütün işçilərinə “evdən işləməyə” istifadə etmək üçün 1000 dollar verəcəyini açıqlayıb.

“Apple” sözçüsü Nik Lixi “The Verge” nəşrinə nağd pul bonusunu təsdiqləyib. Sözügedən məğləb pərakəndə satış işçilər də daxil olmaqla, hər bir işçiyə ödəniləcək.

Ofislərə qayıtmağın gecikməsi COVID-19 hallarının artması və “Omikron” variantının yayılması ilə əlaqədardır. Bundan əvvəl işçilər fevralın 1-də normal iş şəraitinə qayıtmalı idilər.

“Apple” COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar bu həftə üç pərakəndə satış mağazasını bağlayıb. Çərşənbə axşamı şirkət alıcılardan mağazalarda maska ​​taxmağı tələb etməyə başlayıb.

Mənbə: UNİAN


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.