Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında müsabiqə keçirilir

Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında müsabiqə keçirilir
13 Yan 2022 10:45

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi davam edir.

Bu barədə "Realpress.az"-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) 2 mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

Müsabiqənin I mərhələsi fevralın 28-dək davam edəcək. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 37, Az 1123) poçtla və yaxud 2-ugim@mail.ru elektron ünvanına göndərilməlidir.

Martın 1-dən 15-dək olacaq ikinci mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdiriləcək.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Rəsmlər A3 formatda işlənməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);

- Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

- Müsabiqəyə təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;

- Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;

- Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Qeyd edək ki, müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin qalibləri və fəal iştirakçılar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 372 72 63 və (+994) 55 994 57 86 telefon nömrələri ilə əlaqə yarada bilərlər.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.