Təhsil şöbəsindən 4 şagirdi olan məktəb barədə AÇIQLAMA

Təhsil şöbəsindən 4 şagirdi olan məktəb barədə AÇIQLAMA
14 Yan 2022 17:19


İsmayıllı Rayon Təhsil Şöbəsi (RTŞ) Qoydan kəndində yerləşən və yararsız şəraitdə olan məktəb ilə bağlı açıqlama verib. 

RTŞ-dən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud tikili ayrıca məktəb deyil, Əhən kənd ümumi orta məktəbinin nəzdində tikilidir:

“2020-ci ildə Qoydan kənd sakinləri ərizə ilə İsmayıllı Rayon Təhsil Şöbəsinə müraciət edərək kənddə olan bir neçə ibtidai sinif şagirdinin hər gün Əhən kəndinə getməsi məsələsi barədə köməklik göstərilməsini xahiş edib.

Bu istiqamətdə Qoydan kəndində Əhən kənd ümumi orta məktəbinin bir komplekt sinfinin yaradılmasına dair Təhsil Nazirliyindən razılıq alınıb. Mərkəzləşdirilmiş qaydada bu sinifdə tədrisin aparılması üçün müəllim təyin edilib. 

Əhən kənd orta məktəbinin direktorunun, müəllimlərin və valideynlərin izahatlarına əsasən, burada təhsilin səviyyəsi qənaətbəxşdir. Mediada yayılan məlumat həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə İsmayıllı rayonunun Qoydan kəndində yerləşən və cəmi birotaqlı dörd şagirdi olan məktəbin şəraitsiz vəziyyəti barədə məlumat yayılıb


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.