Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndində üç şəhidin məzarı aşkarlanıb.
bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.
Məzarlar tamamilə dağıdılmış qəbiristanlıq ərazisinə baxış keçirildikdən sonra müəyyən edilib:
“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub.
Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! Onlar 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.
realpress.az-a açıqlama verən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov bildirib ki, bu barədə rəsmi məlumat yoxdur:
“Məlumat olduğu təqdirdə ictimaiyyətə ətraflı xəbər veriləcək”.
Qeyd edək ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd 1993-cü ilin iyul ayında işğal edilib. 44 günlük Vətən müharibəsi zamanı 2021-ci ilin noyabr ayında - Ağdam rayonu düşməndən azad olunanda Şıxbabalı kəndi də azadlığına qovuşub.
18 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlarda aparılan monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.
Ötən il 8, bu ilin 5 ayı ərzində isə 7 gizli cinayət işinin üstü açılıb.