Fərid Qayıbov milli federasiyaların nümayəndələri ilə görüşüb

Fərid Qayıbov milli federasiyaların nümayəndələri ilə görüşüb
13 May 2022 16:47

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təşkil olunan toplantıda nazir Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb. O, daha sonra görüşün məqsədi barədə iclas iştirakçılarını məlumatlandırıb.

İclasın gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması, tibbi məsələlər, idmançıların reytinq cədvəli, Paris-2024 Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, Konya-2022 V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər, beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri, ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, məşqçi və hakimlər üçün seminarların təşkili, idmançıların ADBTİA-da təcrübəyə cəlb edilməsi, yeni layihələr və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.

9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.