Müharibə Araşdırmaları İnstitutu: "Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib"

Müharibə Araşdırmaları İnstitutu: "Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib"
14 May 2022 11:53

Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mövqelərindən geri çəkilməyə məcbur qalıb.

“Realpress.az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.

“Göründüyü kimi, Moskva nizamlı şəkildə geri çəkilməyə diqqət edir. Bu, o deməkdir ki, Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib. Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına mane olublar. Həmçinin Rusiya Silahlı Qüvvələri İzyum istiqamətindən hücum etmək istəsələr də, bu, uğursuz olub”, - hesabatda qeyd olunub.

Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun ekspertləri hesab edirlər ki, Ukraynada hərbi əməliyyatların yeni mərhələsinin inkişafı üçün 3 yol var: “Rusiya ya işğal olunmuş ərazilərin ilhaqı barədə qərar qəbul edəcək, ya əlavə qoşunları səfərbər edəcək, ya da qeyri-real hərbi məqsədləri həyata keçirmək üçün cəhdlər göstərəcək və sonda Rusiya dağılacaq. Rusiya döyüşləri dayandırmasa, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını işğal olunmuş Donetsk və Luqanskdan sıxışdırıb çıxara və ya ən azı fevraldan əvvəlki “DNR” və “LNR” sərhədlərinə qayıda bilər”. 

Hesabatda, yazılıb ki, Rusiya qüvvələri ya Donbasda irəliləyişi dayandırıb, işğal etdikləri əraziləri özlərinə birləşdirməyə çalışacaq, ya da hərbi məğlubiyyətə düçar olacaq.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.