Cari mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.
“Realpress.az” xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb.
33 yaşlı oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, "Cim-Bom"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Sofyan Fequli "Qalatasaray"a 2017-ci ilin yayında İngiltərənin "Vest Hem" klubundan 4,3 milyon avroya transfer olunmuşdu.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.