Azərbaycan ABŞ-da keçirilən Beynəlxalq Miqrasiya forumunda təmsil olunub - FOTO

Azərbaycan ABŞ-da keçirilən Beynəlxalq Miqrasiya forumunda təmsil olunub - FOTO
18 May 2022 16:54


Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi və tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, eləcə də Nümayəndəliyin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edir. 

Beynəlxalq miqrasiyanın bütün aspektlərini əhatə edən ilk hökumətlərarası sənəd olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyi ilə əlaqədar müzakirəsi məqsədilə BMT tərəfindən miqrasiya sahəsində dünyada ilk dəfə qlobal səviyyədə təşkil edilən bu beynəlxalq tədbirdə BMT-nin Üzv Dövlətlərinin dövlət və hökumət başçıları, miqrasiya sahəsinə məsul qurumlarının rəhbərləri, eləcə də BMT Baş Katibi Antonio Quterreş başda olmaqla, BMT-nin yüksək vəzifəli rəsmiləri iştirak edir. 

Forum BMT-nin Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə reallaşır. Forum çərçivəsində təşkil olunan dörd interaktiv çoxtərəfli dəyirmi masalarda müxtəlif maraqlı tərəflər arasında Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı müzakirələrin aparılması və təcrübələrin bölüşməsi, habelə Forumun yekununda hökumətlərarası razılaşdırılma vasitəsilə Tərəqqi Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. 

Ölkəmiz qeyd olunan beynəlxalq sənədin səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak edir. Bununla yanaşı, Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunacaq dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.