Britaniya kəşfiyyatı: "Ukraynadakı uğursuzluqlara görə Rusiyanın generalı və vitse-admiralı işdən çıxarılıb"

Britaniya kəşfiyyatı: "Ukraynadakı uğursuzluqlara görə Rusiyanın generalı və vitse-admiralı işdən çıxarılıb"
19 May 2022 10:10

“Son həftələrdə Rusiya Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif fəaliyyət göstərdiyi hesab edilən yüksəkrütbəli komandirləri işdən çıxarıb”.

“Realpress.az” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.

Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil.

Ehtimal ki, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və günah keçisi axtarmaq mədəniyyəti bərqərardır”, - məlumatda qeyd olunub.

Britaniya kəşfiyyatının informasiyasına əsasən, Ukraynanın işğalında iştirak edən bir çox rəsmi Rusiyanın əməliyyat uğursuzluqlarına görə şəxsi təqsirindən qaçmağa çalışacaq: “Bu, çox güman ki, Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət modelini daha da gərginləşdirəcək, çünki zabitlər getdikcə daha çox əsas qərarları öz rəhbərlərinin qəbul etməsinə çalışırlar. Bu şərtlər daxilində Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.